Главная > Baş Xəbər > Türk Ordusu bu əraziyə də GİRİR - Yeni əməliyyatın DETALLARI

Türk Ordusu bu əraziyə də GİRİR - Yeni əməliyyatın DETALLARI


5-07-2018, 13:27.

              Türk Ordusu bu əraziyə də GİRİR -Yeni əməliyyatın DETALLARI

 

PYD/YPG terrorçuları Suriyanın Münbic bölgəsindən çıxarılandan dərhal sonra Süleyman Şah Türbəsi əvvəlki yerinə köçürüləcək.

Publika.az xəbər verir ki, bu haqda "Yeni Şəfəq” nəşri yazıb.

Məlumata görə, türbənin qorunmasına cavabdeh olan Urfa briqadası Münbiç və Karakozak bölgəsinin mühafizəsi məsuliyyətini də üzərinə götürüb. Briqada türbənin əvvəlki yerinə köçürülməsi üçün əmr gözləyir.

Qeyd edək ki, Süleyman Şah Türbəsi Suriyanın Hələb vilayətinin Karakozak kəndi sərhədləri içərisində yerləşirdi. Bura Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu yeganə torpaq ərazisidir.

2014-cü il martın 13-də Azad Suriya Ordusu ilə İŞİD arasındakı qarşıdurmalar nəticəsində Karakozak kəndi və türbənin olduğu bölgə terror təşkilatı İŞİD-in nəzarətinə keçir. 2015-ci il fevralın 22-də Türkiyə Silahlı Qüvvələrinin 700 nəfərlik heyəti türbədə olan 40 əsgəri ölkəyə geri gətirmək üçün Suriyaya girib. Türbədə olan Süleyman Şahın məzarı və digər mənəvi dəyəri olan əşyalar alındıqdan sonra Süleyman Şah Türbəsi və yaxınlıqdakı polis bölməsi partlayıcılarla havaya uçurulub. Süleyman Şah Türbəsi 2015-ci ildə Şanlıurfanın Birəcik mahalının qarşısında, sərhədə yaxın Suriyanın Əsmə kəndində qurulub.

Bu ilin aprelində də Türkiyənin Baş nazirinin müavini Fikri İşık "TRT Haber” telekanalının canlı yayımında Süleyman Şah Türbəsinin əvvəlki yerinə köçürüləcəyini bildirib.

"Süleyman Şah Türbəsi müvəqqəti olaraq daşınıb, gec-tez öz yerinə köçürüləcək. Çünki, ora türk torpağıdır”, - o deyib.

 


Вернуться назад