Главная > Cəmiyyət > AXCP-nin iki fəalı həbs olundu

AXCP-nin iki fəalı həbs olundu


5-07-2018, 17:57.

              AXCP-nin iki fəalı həbs olundu

 

AXCP fəalları Yaşar Fərazi və Rahib Qurbanov iyulun 4-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati qaydada həbs ediliblər.

Xəbəri "Turan" yayıb.

Y.Fərazi yaşadığı Abşeron rayonunda saxlanılıb. Polis əməkdaşları onu evdən aparıblar.

İyulun 4-də Suraxanı rayon təşkilatının sədr müavini Rahib Qurbanov analoji ittihamla həbs olunub. Onu polis şöbəsinə aparıblar, axşama yaxın isə məhkəmə ona 30 sutka həbs verib.

 


Вернуться назад