Главная > Mövqe > Türkiyədən İsrailə qarşı sərt bəyanat

Türkiyədən İsrailə qarşı sərt bəyanat


5-07-2018, 23:22.

                Türkiyədən İsrailə qarşı sərt bəyanat

 

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Əbu Nəvvar bədəvi toplumuna aid evləri uçurmasını şiddətlə qınayıb.

Axar.az xəbər verir ki, yayımlanan bəyanatda İsrailin bu kimi addımlarının birləşmiş Fələstin dövlətinin yaradılması perspektivini təhlükə altında qoyduğu bildirilib.

"İsrail beynəlxalq gərginliyə yol açan bu əməllərə son qoymalıdır”, - deyə bildirilib.

Qeyd edək ki, İsrail əsgərləri Əbu Nəvvarda bədəvilərə aid 40 evi və müxtəlif tikililəri uçurub.

 


Вернуться назад