Главная > Türk Dünyası > Türklərin dəhşətli qətliamından 11 il ötür - Dünya hələ də susur

Türklərin dəhşətli qətliamından 11 il ötür - Dünya hələ də susur


5-07-2018, 22:00.

                Türklərin dəhşətli qətliamından 11 il ötür -Dünya hələ də susur

2009-cu ilin iyulun 5-də Şərqi Türküstanda çinli hərbçilər tərəfindən yüzlərlə uyğur türkü qətlə yetirilmişdi. Urumçi şəhərində baş verən qətliam vaxtı itkin düşən çoxlu sayda uyğurdan hələ də xəbər yoxdur.

Teleqraf.com xəbər verir ki, qanlı hadisələrə Çinin Şaqun şəhərində fəaliyyət göstərən oyuncaq fabrikində bir fəhlə uyğurun öldürülməsi səbəb olmuşdu.

Uyğurun çinlilər tərəfindən döyülərək qətlə yetirilməsindən sonra Şərqi Türküstanda etiraz aksiyaları başladı. Sakit məcrada keçən aksiyaya çinlilərin müdaxilə etməsi etirazı daha da alovlandırdı.

Hadisələrin xaosa sürüklənməsinə qarşı tədbir görməyən Çinin hüquq mühafizə orqanlarının əməkdaşlarının çinlilərə verdiyi dəstək gərginliyi çərçivədən çıxardı. Çin polisi və hərbçiləri sanki insan ovuna çıxmışdılar. Silahlı müdaxilə nəticəsində yüzlərlə uyğur öldürüldü, sürgün edildi və bu gün də bir çox insandan xəbər yoxdur.

Çin Konstitusiyası ilə verilmiş bütün haqlardan məhrum edilmiş Şərqi Türküstan uyğurları bu gün də ağır təzyiq altında yaşamaq məcburiyyətində qalıb.

Kommunist rejim Çinin ən radikal millətçi kəsimi sayılan Xan çinliləri 1990-cı ildən bu yana uyğurların assimiliyasiya edilməsi məqsədilə Türküstanda yerləşdirir. Bölgənin Urumçi və Qaramay kimi sənaye şəhərləri çinlilərin əlindədir. Uyğurlar isə Şərqi Türküstanın cənub bölgələrində yerləşən Qaşqar və Xoten kimi şəhərlərdə təzyiq və ən ağır şərtlər altında yoxsulluq həddində yaşayırlar.

Beynəlxalq ictimaiyyətin və Birləşmiş Millətlər Təşkilatının (BMT) diqqətindən kənarda qalan Şərqi Türküstan Çinin kommunist rejiminin ən böyük işgəncə mərkəzidir. Uyğurları bütün konstitusion haqlardan məhrum edən rejim məscidləri bağlayıb.

Uyğurların 70%-i rejim tərəfindən səhra və yarım-səhra – kənd təsərrüfatı üçün yararlı olmayan bölgələrə köçürülüb

Bu və digər məsələrə görə rejimə etiraz edən uyğur professor İlham Toxti ömürlük həbs cəzasına məhkum edilib. Şərqi Türküstandan beynəlxalq təşkilatlar üçün hesabat hazırlayan fransız jurnalist Ursula Qatiyer isə Çindən deportasiya edilib. Belə desək, kommunist rejim bütün dünyanın qapılarını uyğurların üzünə bağlayıb.

Urumçidəki qətliamdan sonra – 2016-cı ildə bölgədəki gərginlik tamam fərqli məcraya yönəldi. Rejim gərginliyin qarşısını almaq üçün uyğurlara qarşı aqressiv qərarları ilə ad çıxarmış Çen Qunqonu bölgəyə qubernator təyin etdi. Qunqonun bura gəlişi, Şərqi Türküstanı böyük həbsxanasına çevirdi. Bu gün də onun rəhbərlik etdiyi bölgədə ürəkbulandıran aclıq havası hökm sürür.

 


Вернуться назад