Главная > Cəmiyyət > 64 azərbaycanlı həbs edildi – Yürüş əməliyyatı

64 azərbaycanlı həbs edildi – Yürüş əməliyyatı


7-07-2018, 17:18.

                     64 azərbaycanlı həbs edildi–Yürüş əməliyyatı

 

Güney Azərbaycanda Babək qalasına yürüşə görə daha bir azərbaycanlı milli fəal saxlanılıb.

Axar.az xəbər verir ki, Yaşar Həsənpur adlı fəal Babək qalasına yürüşdən qayıtdıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Milli-mədəni fəalın mülki geyimli məmurlar tərəfindən Təbrizdə saxlanıldığı bildirilib.

Bununla da iyulun 2-dən başlayan həbs dalğasında azı 64 nəfərin saxlanıldığı dəqiqləşib.

Saxlanılan fəallar əsasən Təbriz, Urmiya, Ərdəbil, Tehran, Meşginşəhr (Xiyav), Xalxal, Muğan, Kəleybər, Bostanabad, Culfa, Marağa, Sulduz və Salmas şəhərinin sakinləridir.


Вернуться назад