Главная > Siyasət > AKP-nin parlamentin sədri vəzifəsinə namizədi açıqlandı

AKP-nin parlamentin sədri vəzifəsinə namizədi açıqlandı


7-07-2018, 18:10.

          AKP-nin parlamentin sədri vəzifəsinə namizədi açıqlandı

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə namizədi açıqlanıb.

 

Qaynarinfo xəbər verir ki, hakim partiya bu vəzifəyə ölkənin sonuncu baş naziriBinəli Yıldırımınnamizədliyini irəli sürüb.

 

TBMM-nin yeni sədri vəzifəsinə seçki iyulun 12-də keçiriləcək. Məclis sədri seçiklmək üçün 400 deputatın səsini qazanmaq lazımdır. Əgər I və II turda parlament sədrini seçmək mümkün olmazsa, onda III tur keçirilir. Bu mərhələdə 301 deputatın dəstəyini qazanan şəxs Böyük Millət Məclisinin sədri seçilir.

 


Вернуться назад