Главная > Baş Xəbər > FETÖ-nün "çağlayan" "İstək"i bitdi? - Gülən məktəbləri ilə bağlı acı gerçəklər
FETÖ-nün "çağlayan" "İstək"i bitdi? - Gülən məktəbləri ilə bağlı acı gerçəklər7-07-2018, 17:36. |
FETÖ-nün "çağlayan" "İstək"i bitdi?-Gülən məktəbləri ilə bağlı acı gerçəklərBu günlərdə Azərbaycanın gündəmi xeyli məşğul olduğundan "İstək” liseyinin özünü xarakiri etməsi, daha doğrusu bağlaması o qədər diqqət mərkəzində olmadı. Ən azından sələfi "Çağ” bağlandığı zaman lisey uşaqlarının ajiotajı bu dəfə müşahidə olunmadı. Bir-iki Feysbuk istifadəçisinin, xüsusilə, bütün işi-gücü iqtidarı tənqid etmək olan aktivistlərin acılı statuslarını saymasaq…
"İstək”lə FETÖ-nün nə əlaqəsi vardı sualına ən yaxşı cavab elə liseyin dəst-xətti ilə yanaşı məsləhətçisinin kim olmasıdır. Hələ iki-üç il öncə qeyd etmişdik ki, FETÖ-nün sabiq Azərbaycan imamı Ənvər Özərənin (Hazırda Belçikada qaçaq həyatı yaşayır) baş müşaviri Nazim Əkbərov bu liseylərin baş müşaviridir. Xatırladaq ki, Ənvər Özərənin iki adamından biri Məsut Kurnaz idisə, digəri Nazim Əkbərov idi. Onu da qeyd edək ki, Nazim Əkbərov açıq şəkildə öz Facebook səhifəsində "Biz adam yetişdiririk. Oğlunuzu bizə verin, əl-ələ verək, onu vətənə, xalqa xeyirli övlad edək” yazıb. Bu sözdə əslində gizli etiraf var. Çünki biz də iddia edirik ki, Gülən adam yetişdirir, lakin vətəninə, millətinə deyil, Gülənə bağlı adamlar. Dövlət içərisinə sızdırmaq üçün gərəkli olan adamlar. Həm də nə üçün "oğlan”? Məsələ adamların anti-feminist olduqları deyil, sadəcə qadın üzərinə heç vaxt plan qurmadıqlarından və oğlanın qadından daha çox yüksəlmə ehtimalı olduğundan qızlara deyil, oğlanlara üstünlük verilir. Üstəlik, "İstək” liseyi 2014-cü ildə yaranmasına baxmayaraq, öz reklamlarında 20 illik təcrübədən bəhs edərək, açıq şəkildə "Çağ Öyrətim”in varisi olduğunu təsdiqləyirdi. "İstək”in "Çağ Öyrətim”in varisi olduğunu fəaliyyət göstərdiyi binalar da göstərirdi. Belə ki, Bakı, Quba, Mingəçevir, Ağdaş, Gəncə, Lənkəran və Şirvanda yerləşən "Çağ Öyrətim”in binaları hazırda "İstək” liseyinin balansındadır. Bundan başqa, eynilə "Çağ Öyrətim”də olduğu kimi, "İstək”in də ön planda tutulan "beynəlxalq olimpiadalar” və "bol medalları” da illuziyadan ibarətdir. Belə ki, Gülənin dünyadakı liseyləri arasında keçirilən fənn olimpiadalarında bizim seçilmiş uşaqlarımız medal sahibi olurlar. Belə ki, bir neçə il öncə sırf Gülən Şəbəkəsinə atası böyük məbləğdə "himmət” verdiyi üçün Bursada keçirilən olimpiadada sonuncu olmağa belə layiq olmayan birisi (həmin şəxs hazırda Türkiyəyə gedə bilmir) birinci yerə "layiq görülüb”. Və ya bu olimpiadalarla bağlı əvvəlki yazılarımızdan gətirəcəyimiz bir neçə sitat məsələ ilə bağlı həqiqəti görməyinizə azacıq da olsa, yardımçı ola bilər. "FETÖ-nün "Beynəlxalq
olimpiadalar” yalanı – Lisey məzunu "İstək”in "medal”larından yazır” başlıqlı məqalədə
özü də "Çağ Öyrətim” məzunu olan Samir Babaoğlu yazırdı: Bu yazdıqlarımdan bir şey başa düşmək istəməyənlər üçün qısa açıqlama da verim. Birinci sıradakı Nyu Yorkda keçirilən Genius Olympiad-a nəzər salaq: 60 ölkədən 270 nəfərə medal paylanılıb. Bu 60 ölkədən iştirak edənlərin hamısı FETÖ-nün məktəblərində oxuyan şagirdlərdir. Bunlar Nyu Yorkda "qazandıqları” medalları aparırlar ölkələrinə və öz ölkələrinin AZTV-lərinə çıxıb qürurla ölkələrini xaricdə necə təmsil etdiklərindən ağız dolusu danışır, təhsil nazirliklərində qəbul edilib hədiyyələr alırlar. Və bu medallar FETÖ məktəblərinin propoqanda vasitəsi olaraq həmin ölkələrdə illərlə istifadə olunur. Təbii ki, heç kim də bu olimpiadaların məqsədinin nə olduğunu araşdırmır”. Qayıdaq, bunların olimpiadalarında iştirak edən senatorlara, lordlara və ya İvanka Trampa. Təkcə, Vikiliks sənədləri göstərdi ki, Avropada və ya Amerikada hansısa senator ya da lordu harasa dəvət etmək və ondan ürəyin istəyən çıxışı etməsini istəmək, çox sadədir. Qonorarını ödə, gəlsin, istədiyini deyib, getsin. Sabah isə tam əks mövqe sərgiləsin. Təəssüf ki, belə bir biznesin varlığından xəbərsizləri aldatmaq, gözlərinə kül üfürmək çox asandır. Gülən Şəbəkəsinin ən yaxşı bildiyi iş də məhz gözə kül üfürüb, saman altından su yeritməkdir. Necə ki, illərlə "məktəblərimiz bağlandı” adı altında, "Çağ”larını "İstək”, "Araz” kurslarını isə fərqli adlar altında fəaliyyət göstərən və "Güvən” Nəşriyyatının çap etdiyi dərslikləri istifadə edən "Hazırlıq Mərkəzləri” ilə davam etdirirlər. İndi "İstək” bağlandı deyilir, ancaq bu liseyin xələfinin hansı adda peyda olacağı hələ ki bəlli deyil. Çünki FETÖ birbaşa ailələrə, həm də vəzifə sahibi olanlara ən qısa çıxış yolu olaraq, təhsil sistemini seçib və bu yolu öz arzusu ilə heç vaxt bağlamaz. Təzyiq olsa da, Gülənin mütləq bir B planı vardır. Gözləyək… Aqil Ələsgər, yenicag.az Вернуться назад |