Главная > Maraqlı > Saqqızı udmaq öldürə bilər

Saqqızı udmaq öldürə bilər


7-07-2018, 22:05.

            Saqqızı udmaq öldürə bilər

 

Hər bir insan bir dəfə də olsa saqqızı yəqin ki, udub.

 

Bu vərdiş xüsusilə uşaqlar arasında daha geniş vüsət alıb.

 

Uluyol.az medicina.az-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, saqqız udmağın insan orqanizminə bir çox zərərləri mövcuddur.

 

Həzmi çətinləşdirir - Udulan saqqız mədədə yemək və qida kimi asanlıqla həzm edilmir.

 

Udulan saqqız qida borusu vasitəsilə top şəklində düşür. Mədə turşusu da saqqızın sadəcə bir qismini əridə bilir. Parçalanmayan və əriməyən hissə isə bağırsaqlar vasitəsilə çölə ifraz olunur.

 

Qeyd edək ki, udulan saqqız nəfəs borusuna keçərək həmin nahiyəni tuta bilər.

 


Вернуться назад