Главная > GÜNDƏM > Hollandiya hökuməti İran diplomatlarını ölkədən çıxardı

Hollandiya hökuməti İran diplomatlarını ölkədən çıxardı


8-07-2018, 14:18.

         Hollandiya hökuməti İran diplomatlarını ölkədən çıxardı

 

Rəsmi Tehran Hollandiya səfirini XİN-ə çağırdı

İran İslam Respublikasının Hollandiyadakı səfirliyinin 2 diplomatı ölkədən çıxarılıb. Bu barədə məlumatı yayan "Reuters” agentliyi yazır ki, Hollandiyanın Kəşfiyyat və Təhlükəsizlik Xidməti səfirliyin işçilərinin ölkədən çıxarılmasının səbəbini açıqlamayıb.

Rəsmi Tehranın isə Hollandiyanın bu qərarına cavabı çox gecikməyib. İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Kasemi bildirib ki, İran qərarı qeyri-konstruktiv hesab edir.

XİN rəsmisi Hollandiya hökumətinin hərəkətini "məntiqsiz və hüquqi olaraq əsassız" adlandırıb.

İran hökumətinin rəsmi etirazını ifadə etmək üçün Hollandiyanın İrandaki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Bəhram Kaseminin sözlərinə görə, İran cavab hərəkətlərini tətbiq etmək hüququnu saxlayır. (tvreal.az)

 


Вернуться назад