Главная > Ümumi > Bu yollarda rəglənmə işləri aparılır

Bu yollarda rəglənmə işləri aparılır


9-07-2018, 12:44.

               Bu yollarda rəglənmə işləri aparılır

 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən "Saray postu”na kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Musavat.com-unAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, rənglənmə işləri axşam saatlarına qədəryekunlaşdırılacaq.

Anoloji işlər bu gün axşam saat 23:00-dan etibarən Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun "Xırdalan dairəsi”ndən "Şamaxı yolu” adlanan əraziyə qədər olan hissəsində də aparılacaq. Burda rənglənmə işləri səhər saatlarına qədər yekunlaşdırılacaq.

Bu üzdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 


Вернуться назад