Главная > İdman > İspaniya Super Kubokunun oyunu Mərakeşdə keçiriləcək

İspaniya Super Kubokunun oyunu Mərakeşdə keçiriləcək


9-07-2018, 23:49.

           İspaniya Super Kubokunun oyunu Mərakeşdə keçiriləcək

 

Futbol üzrəİspaniya Super Kubokunun matçıavqustun 12-də keçiriləcək.

 

"Report" İspaniya Futbol Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, həlledici görüşdə İspaniya La Liqasının qalibi "Barselona" və ölkə kubokunun finalçısı "Sevilya" komandaları üz-üzə gələcək. Final qarşılaşması Mərakeşdə baş tutacaq.

Qeyd edək ki, "Sevilya" "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəkipotensial rəqibidir. "Neftçi" I təsnifat mərhələsində Macarıstanın "Uypeşt" komandasını keçəcəyi təqdirdə, İspaniya təmsilçisi ilə qarşılaşacaq.

Xatırladaq ki, İspaniya Super Kuboku 1982-ci ildən mütəmadi olaraq keçirilir. Super Kubok uğrundaəvvəllər iki oyun keçirilirdisə, bu il yalnız bir matçdan ibarət olacaq.

 


Вернуться назад