Главная > GÜNDƏM > Ərdoğan and içdi

Ərdoğan and içdi


9-07-2018, 18:32.

               Ərdoğan and içdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan and içib.

 

Teleqraf.com"Anadolu” agentliyinə istinadla xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində keçirilən mərasimdə Ərdoğanın and içməsi ilə prezident idarəetmə sistemi rəsmən başlayıb.

Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət etməsi planlaşdırılıb. Tədbir qonaqların şərəfinə ziyafət və mətbuat konfansı ilə davam edəcək.

Qeyd edək ki, tədbirdə 22 ölkənin prezidenti, 27 dövlətin baş naziri və parlament sədri, 6 beynəlxalq təşkilatın baş katibi iştirak edir. Azərbaycanı Baş nazir Novruz Məmmədov təmsil edir.


Вернуться назад