Главная > Aktual > ABŞ Suriyanı bombaladı - Ən az 40 ölü

ABŞ Suriyanı bombaladı - Ən az 40 ölü


14-07-2018, 10:31.

            ABŞ Suriyanı bombaladı- Ən az 40 ölü

 

ABŞ-ın liderliyi ilə beynəlxalq koalisiya qüvvələri Suriyanın şimal-şərqindəki Deyrizor əyalətində Əsəd rejiminə aid hədəfləri bombalayıb.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, azı 40 nəfər rejim əsgərinin öldüyü bildirilir.

Digər əsgərlər isə bölgədən çəkilmək məcburiyyətində qalıb. Koalisiya təyyarələri rejimin Fərat çayını keçmək üçün qurduğu səyyar körpünü vuraraq istifadəsiz hala salıb.

Qeyd edək ki, Əsəd rejiminə aid hərbçilər Fərat çayını keçərək İŞİD-in nəzarətindəki Həcin bölgəsinə irəliləməyə çalışıb.

 


Вернуться назад