Главная > Baş Xəbər > TRT-dən Gülən təxribatı - Araşdırma aparılır

TRT-dən Gülən təxribatı - Araşdırma aparılır


15-07-2018, 09:09.

             TRT-dən Gülən təxribatı - Araşdırma aparılır

 

Türkiyənin "TRT Dəyanət” televiziyasında Fətullah Gülənin müəllifi olduğu dini mahnı yayımlanıb.

Axar.az xəbər verir ki, 22 iyunda yayımlanan "Tapanlar haqqı tapdı” adlı ilahinin müəllifi kimi F.Gülənin adı ekranda qeyd olunub.

Türkiyə Dəyanət İşləri Nazirliyi sözügedən süjetdən məsul olan şəxsin işdən azad edildiyini və məsələ ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

Qeyd edək ki, 2016-cı ilin 15 iyulunda Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ terror təşkilatı Türkiyədə hərbi çevriliş etməyə cəhd göstərib.

 


Вернуться назад