Главная > Baş Xəbər > İsrail və Səudiyyə Ərəbistanı bunun üzərində çalışır - Dünyanı qarışdıracaq İDDİA

İsrail və Səudiyyə Ərəbistanı bunun üzərində çalışır - Dünyanı qarışdıracaq İDDİA


14-07-2018, 22:07.

             İsrail və Səudiyyə Ərəbistanı bunun üzərində çalışır - Dünyanı qarışdıracaq İDDİA

 

Təl-Əviv nüvə silahının hazırlanması üçün bilgiləri Səudiyyə Ərəbistanı ilə paylaşır.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın "Pravda” nəşri yazıb.

Hərbi nüvə silahları üzrə mütəxəssis Amel Deur-Ounun sözlərinə görə, bölgədə nüvə silahlanması yarışı gedir. O, İsrail təhlükəsizlik agentliyinin ABŞ-ın "Raytheon” hərbi texnika və silah şirkəti üzərindən nüvə silahının hazırlanması üçün Səudiyyə Ərəbistanına maliyyə yardımı etdiyini söyləyib.

İsrail və Səudiyyə Ərəbistanı arasında nüvə silahının hazırlanması üçün işbirliyinin olduğunu deyən mütəxəssis bunun İranın nüvə fəaliyyətinə cavab olduğunu vurğulayıb.

Rusiya nəşrinin yazdığına görə, ən böyük risk Səudiyyə Ərəbistanının nüvə silahı istehsal etməyə müvəffəq olacağı halda, bu silahların terror təşkilatlarının əlinə düşəcəyi ilə bağlıdır.


 


Вернуться назад