Главная > Problem > Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO

Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO


15-07-2018, 18:56.

           Qazaxda bayrağımız bu halda -yerli hakimiyyət hara baxır- FOTO

 

Bu fotonu saat 17.30 radələrində Qazaxda olan musavat.com müxbiri çəkib. Fotodan da göründüyü kimi, bayrağımız küləkdən paramparçadır.

Musavat.combildirir ki, texnologiyanın indiki səviyyəsində üzərində cib telefonu olan hər kəs havanın necə olacağını günlər öncədən dəqiq müəyyən edə bilər. Bunun üçün gündə 2-3 saniyə telefonuna baxmaq kifayətdir.

6c0f4706-4e20-4349-b090-9f34722491b8.jpg (68 KB)

 

Bu fotonu Qazaxın səhlənkar hökuməti üçün hazırladıq. Qarşıdakı günlərin hava xəritəsidir

Lakin görünür, Qazaxın yerli hakimiyyətinin başı başqa şeylərə qarışıb. Havaların küləkli olacağı öncədən bəlli olsa da, müvafiq sturukturlar səhlənkarlıq etmiş, dövlət bayrağını endirməmiş, nəticədə içlər acıdan bu səhnə ortaya çıxıb.

Musavat.com xatırladır ki,Qazax Azərbaycanın Qərb qapısıdır, ölkəmizə quru yollarla gələn -gedən hər kəs bu rayondan keçir. Bu baxımdan, Qazax İcra hakimiyyətinin bu səhlənkarlığı cinayət səviyyəsindədir.

Milli qəhrəmanımız Ramil Səfərov bayrağımıza həqarət edən erməni zabitini, bu həqarətə dözməyərək, haqlı yerə cəzalandırıb.

Bəs, bayrağımızı bu hala salan məsul şəxsi icra başçısı Rəcəb Babaşov cəzalandıracaqmı?

Onun özünü necə, cəza gözləyirmi?

Musavat.com

 

12ae6017-0666-4fe1-8d9a-47d51dec517a.jpg (30 KB)
Вернуться назад