Главная > GÜNDƏM > Tehranda Azərbaycan qiyamı: Küçələrdə… - Foto

Tehranda Azərbaycan qiyamı: Küçələrdə… - Foto


15-07-2018, 16:36.

          Tehranda Azərbaycan qiyamı: Küçələrdə… - Foto

 

İranın paytaxtı Tehran şəhərində Güney Azərbaycandan olan milli fəalların azadlığa buraxılması ilə əlaqədar kampaniya başlanılıb.

Teleqraf.com xəbər verir ki, kampaniya çərçivəsində şəhərin küçə və prospektlərinə azərbaycanlı fəalların posterləri asılıb. Posterlər şəhər sakinlərinə də paylanılıb.

Kampaniya təşkilatçıları İran hakimiyyətindən azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb edirlər.

Posterlərin üzərində tanınmış azərbaycanlı milli-mədəni fəallar - Abbas Lisani, Lətif Həsəni və Siyamək Mirzayinin şəkilləri əks olunub.

Siyasi məhbusların azadlığını tələb edən posterlər latın əlifbası ilə - Azərbaycan dilində hazırlanıb.

 


Вернуться назад