Главная > Baş Xəbər > Əfqanıstan Rusiyadan üzrxahlıq tələb etdi

Əfqanıstan Rusiyadan üzrxahlıq tələb etdi


19-07-2018, 09:20.

              Əfqanıstan Rusiyadan üzrxahlıq tələb etdi

 

Əfqanıstan səfiri Rusiyadan 1979-cu ildə ölkəsinə ordu yeridilməsinə görə üzr istəməsini tələb edib.

Oxu.Az-ın verdiyi xəbərə görə, o, bu addımın iki ölkə arasındakı münasibətlərin "dərinləşməsinə və möhkəmlənməsinə xidmət edəcəyinə” əmindir.

Əfqanıstanın Rusiyadakı səfiri Əbdül Qəyyum Kuçaq SSRİ-nin Əfqanıstanla münasibətlərdə 2 səhvə yol verdiyini bildirib.

Onun sözlərinə görə, birinci səhv 1978-ci ildə buraxılıb. O zaman SSRİ Əfqanıstanın "marionet” hökumətini tanıyıb.

İkinci səhv isə sovet qoşunlarının Əfqanıstana yeridilməsi olub. Bu addım nəticəsində 2 milyon əfqan və 15 min SSRİ vətəndaşı həlak olub.

 


Вернуться назад