Главная > Dünya > Türkiyə parlamentində ödənişli əsgərliyə dair qanun layihəsinə baxılacaq

Türkiyə parlamentində ödənişli əsgərliyə dair qanun layihəsinə baxılacaq


19-07-2018, 09:54.

             Türkiyə parlamentində ödənişli əsgərliyə dair qanun layihəsinə baxılacaq

 

Türkiyə Böyük Millət Məclisində ödənişli əsgərliklə bağlı qanun layihəsi müzakirə ediləcək.

 

AZƏRTAC xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup başqan vəkili Bülent Turan məlumat verib. B.Turan bildirib ki, qanun layihəsinə görə, yaşı 25-i ötməyən çağırışçılar 15 min Türkiyə lirəsi (hazırkı məzənnə ilə təxminən 3090 ABŞ dolları) ödəyib 25 gün xidmət etməklə məcburi hərbi qulluqlarını başa vuracaqlar.

 


Вернуться назад