Главная > İqtisadiyyat > Bir həftədə Azərbaycan nefti 7 dollardan çox ucuzlaşıb

Bir həftədə Azərbaycan nefti 7 dollardan çox ucuzlaşıb


19-07-2018, 12:30.

          Bir həftədə Azərbaycan nefti 7 dollardan çox ucuzlaşıb

 

Dünya birjalarında neftin qiyməti düşüb. AZƏRTAC-ın 19 iyul məlumatına görə, "AzəriLayt” markalı neftin bir barreli 0,20 dollar ucuzlaşaraq 73,14 dollar olub.

London birjasında brent markalı neftin bir barrelinin 72,77 dollara, Nyu-York birjasında layt markalı neftin bir barrelinin 68,73 dollara endiyi bildirilir.

Novator.az bildirir ki, son bir həftədə Azərbaycan nefti 7 dollardan çox dəyər itirib. İyulun 11-də "AzəriLayt” markalı neftin bir barreli 80,36 dollara satılırdı.

Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb.

"AzəriLayt” 2018-ci ilə 69,89 dollarla start verib. Gündəlik neft hasilatının yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında 792 min barrel olduğu açıqlanıb.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanın ixracının 80,2 faizi xam neft və xam neft məhsulları olub.

 

 


Вернуться назад