Главная > İdman > "Qarabağ"ın "Kukesi" ilə oyunlarının vaxtı bilindi

"Qarabağ"ın "Kukesi" ilə oyunlarının vaxtı bilindi


19-07-2018, 14:14.

             "Qarabağ"ın "Kukesi" ilə oyunlarının vaxtı bilindi

 

"Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Albaniyanın "Kukesi” klubu ilə qarşılaşacaq.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, artıq hər iki oyunun vaxtı açıqlanıb. Ağdam klubu ilk görüşünü səfərdə keçirəcək. Bu qarşılaşma iyulun 25-də olacaq və Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Bakıdakı cavab matçı isə avqustun 1-də keçiriləcək və 21:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ” birinci təsnifat mərhələsində Sloveniya "Olimpiya”sını mübarizədən kənarlaşdırıb.

 


Вернуться назад