Главная > Siyasət > Rusiyadan ABŞ-ın İran sanksiyalarına qarşı addım

Rusiyadan ABŞ-ın İran sanksiyalarına qarşı addım


20-07-2018, 08:49.

               Rusiyadan ABŞ-ın İran sanksiyalarına qarşı addım

 

Rusiya ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarını qəbul etmir və buna görə də onlara riayət etməyəcək.

Bu sanksiyalar iki ölkə arasında iqtisadi əlaqələri əhatə etmir.

Axar.azxəbər verir ki, bu sözləri Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.

"Bizim ticari-iqtisadi əlaqələrimiz kifayət qədər aktiv şəkildə inkişaf edir. Bizim iki böyük layihəmiz var. Baxmayaraq ki, bu gün ABŞ tərəfindən təhlükə var, biz bu layihələri həyata keçirməkdə hər hansı problem görmürük. Ştatlı şəkildə bu layihələr üzərində iş gedir”, - deyə səfir bildirib.


Вернуться назад