Главная > Ölkə > Azərbaycanın bütün klubları Avroliqa ilə vidalaşıb
Azərbaycanın bütün klubları Avroliqa ilə vidalaşıb20-07-2018, 09:56. |
Azərbaycanın bütün klubları Avroliqa ilə vidalaşıbAvropa Liqasında Azərbaycanı təmsil edən hər 3 klub mübarizəni erkən dayandırıb. "Report"un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, "Keşlə" və "Qəbələ"nin ardından "Neftçi" də elə I təsnifat mərhələsindəcə yarışla vidalaşıb. Flaqman "Uypeşt"lə Macarıstanda keçirdiyi cavab görüşündə 4:0 hesablı məğlubiyyətə uğrayıb. Hesabı 19-cu dəqiqədə kapitan Robert Litauski açıb. Bundan 2 dəqiqə sonra Boyan Sankoviç fərqi artırıb. Meydan sahibləri ikinci hissədə də 2 qol vurub. 50-ci dəqiqədə Donat Joter, 65-ci dəqiqədə isə Obinna Emmanuel Nvobodo fərqlənib. Beləliklə, "Neftçi" ilk görüşdə 3:1 hesabı ilə qalib gəlməsinə baxmayaraq, cavab oyununda böyük hesabla məğlub olaraq turnirlə vidalaşıb.
Вернуться назад |