Главная > Mövqe > Baş məşqçi Xorvatiya siyasilərini yerdən-yerə vurdu

Baş məşqçi Xorvatiya siyasilərini yerdən-yerə vurdu


20-07-2018, 14:23.

             Baş məşqçi Xorvatiya siyasilərini yerdən-yerə vurdu

 

Rusiyada keçirilən dünya çempionatında finala çıxaraq gündəm yaradan Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç ölkə siyasətçilərinə məktub yazıb.

Fanat.az xəbər verir ki, o, ad çəkmədən mundialdakı bütün oyunlarını izləyən, dünya çempionatı boyunca sosial medianın əsas müzakirə mövzularından birinə çevirilən Xorvatiyanın Prezidenti Kolinda Qraber Kitaroviçi hədəf alıb.

"Bütün siyasətçilərə səslənirəm, üzərimizdən mükafat oyunu oynamayın. Xalqımızı səfalət və ümidsizlik cəhənnəminə itələyən sizlərsiniz" - Zlatko Daliç yazıb.

Baş məşqçi məktubunda yığmaya ayrılan bütün mükafatları bağışlayacaqlarını bildirib:

"Alacağımız 23 milyon avro mükafatı uşaq qurumlarına bağışlayacağıq. Avropa Birliyinin ən kasıb ölkəsiyik. Pis və daha əvvəl mütəşəkkil cinayətkarlığa qarışmış insanlar bizi idarə edir. Xalqımızın əksəriyyəti gündəlik ehtiyaclarını ödəyə bilmir. Səhiyyə sistemi çöküb, məhkəmələr çirkli pulları yumaqla və saxtakarlıqları təmizləməklə məşğuldur. Minlərlə km sahilimiz olsa da, heç vaxt dəniz görməmiş uşaqlarımız var".

 


Вернуться назад