Главная > Hadisə > İtkin düşən 40 yaşlı daun sindromlu qadın tapılıb

İtkin düşən 40 yaşlı daun sindromlu qadın tapılıb


20-07-2018, 20:34.

             İtkin düşən 40 yaşlı daun sindromlu qadın tapılıb

 

Bakının Bayıl qəsəbəsində itən 40 yaşlı daun sindromlu qadın tapılıb.

Bu barədə musavat.com-a itən qadının qardaşı Uğur Mehralıyevin məlumat verib.

U.Mehralıyevin sözlərinə görə, bacısı Nərmin Mehralıyeva Azadlıq prostekti üzrə hərəkət edən avtobusda tapılıb:"Dispetçer avtobusda görüb, tanıyıb. Dərhal Nərmini avtobusdan düşürüb və polisə məlumat verib. Hazırda Nərmin evdədir. Vəziyyəti yaxşıdır. Gecəni harada qaldığını soruşduq. Başa saldı ki, bütün gecə yatmayıb. Bundan başqa məlumat ala bilməmişik. Çox üstünə də getmək istəmirik. Əsas odur, tapılıb”.

 


Вернуться назад