Главная > Araşdırma > Rusiyalı alimlərdən xərçəngin müalicəsində yeni kəşf

Rusiyalı alimlərdən xərçəngin müalicəsində yeni kəşf


20-07-2018, 22:43.

               Rusiyalı alimlərdən xərçəngin müalicəsində yeni kəşf

 

Rusiyanın tədqiqat institutunun bir qrup alimi xərçəngi müalicə etmək üçün yeni texnologiya hazırlayıblar.

"Ölkə.Az” xəbər verir ki, "Karanaxan” adlı texnologiya kimyəvi-terapiyanın effektini kifayət qədər artırır.

Alimlər xərçəng şişinin mənbəyini, bədxassəli hüceyrələri araşdırıblar. Məlum olub ki, bu hüceyrələr DNA fraqmentlərini ələ keçirir.

Əgər müəyyən müddətdən sonra bu bədxassəli hüceyrəyə bu fraqmentləri daxil etsək (söhbət kimyəvi-terapiyadan sonrakı mərhələdən gedir) bu zaman hüceyrə bərpa olmur və məhv olur.
Artıq alimlər yeni texnologiyanı laboratoriyada siçanlar üzərində sınaqdan keçiriblər. Nəticədə müalicə kursu keçən siçanlar 1.5-2 il daha çox yaşayıblar və normal nəsil artırıblar.

Tədqiqatçılar bildirirlər ki, yaxın gələcəkdə yeni texnologiya insanlar üzərində sınaqdan keçiriləcək. Hər pasient üçün isə fərdi müalicə qrafiki seçiləcək. Bu zaman onun bədxassəli şişinin hüceyrələri tədqiq ediləcək.

 


Вернуться назад