Fransadan Qarabağa dəstək BƏYANATI
Fransa region xalqlarının marağı daxilində Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasına dəstək göstərməkdə davam edəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə Fransa
Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün
yekunlarına dair Yelisey Sarayının yaydığı kommunikedə qeyd edilir.
Bəyanatda bildirilir: "Fransa Prezidenti vurğuladı ki, uzunmüddətli əsasda
və regionun bütün xalqlarının marağı daxilində bu münaqişənin tək variant olan
danışıqlar yolu ilə həllinin tapılmasında səylərini davam etdirəcək".
Qeyd edəki ki, 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi
iddiaları başladı.
Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz
başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon - Azərbaycan ərazisinin 20
faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru
hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə
kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi
ilə uğursuz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd
rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə
isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.
Вернуться назад
|