Главная > Dünya > Ordu geri çəkildi - PKK hərəkətə keçdi

Ordu geri çəkildi - PKK hərəkətə keçdi


21-07-2018, 11:33.

                    Ordu geri çəkildi -PKK hərəkətə keçdi

 

İraq təhlükəsizlik qüvvələri İraq-Suriya sərhəddindən çəkiləndən sonra PKK terror təşkilatının boşluqdan istifadə edərək Mosulun Sincar mahalında yerləşdiyi iddia olunur.

Teleqraf.comxarici mediaya istinadla xəbər verir ki, Mosul vilayətinin Ərəb Tayfalarının sözçüsü Məzahim Əhməd əl-Huveyt İraq ordusu sərhədi tərk edəndən dərhal sonra PKK üçün yenidən Sincarda yerləşmə imkanı yarandığını bildirib.

O Mosul camaatının PKK-nın bölgədə yerləşməsindən narahatlıq keçirdiyini, terrorçuların soyğunçuluqla məşğul olacağından ehtiyatlandıqlarını deyib.

Mosul vilayətinin Məclis üzvü Seydo Hüseyn Tatani də PKK-nın Mosulda yerləşdiyi faktını təsdiqləyərək Sincar və sərhəd bölgələrində sığınacaqların sayını artırdıqlarını söyləyib.


Вернуться назад