Главная > Siyasət > Tramp KXDR-də insan hüquqlarına riayət olunmasına yardım haqqında qanun imzalayıb

Tramp KXDR-də insan hüquqlarına riayət olunmasına yardım haqqında qanun imzalayıb


21-07-2018, 10:06.

            Tramp KXDR-də insan hüquqlarına riayət olunmasına yardım haqqında qanun imzalayıb

 

Birləşmiş Ştatların prezidenti Donald Tramp Şimali Koreyada insan hüquqlarına riayət olunmasına yardım haqqında qanun imzalayıb.

"Report"un "RT"-ə istinadən məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.

"Bu qanun Şimali Koreyada insan hüquq və azadlıqlarının riayət olunmasına yardım etməyə çağırır", - deyə sənədin mətnində bildirilir.

Qeyd olunur ki, sənəd öz sələfindən fərqli olaraq bir sıra yeni müddəalar, o cümlədən Amerika liderinə Birləşmiş Ştatların müvafiq siyasətini formalaşdırmaq, xarici hökumətlər və beynəlxalq təşkilatlarla danışıqlar aparmaq, habelə mövzuyla bağlı digər hüquqlara malik olmaq səlahiyyəti verir.

Daha əvvəl ABŞ dövlət katibi Maykl Pompeo Pxenyanı Vyetnam nümunəsi ilə Vaşinqtonla münasibətləri normallaşdırmağa çağırıb.

 


Вернуться назад