Главная > Dünya > Gürcüstanda güclü yağış fəsadlar yaradıb - Foto

Gürcüstanda güclü yağış fəsadlar yaradıb - Foto


22-07-2018, 22:41.

                Gürcüstanda güclü yağış fəsadlar yaradıb - Foto

 

Güclü yağış Gürcüstanın Kaxeti bölgəsində ciddi fəsadlar törədib.

 

APA-nın yerli bürosunun məlumatına görə, çay səviyyəsinin qalxması nəticəsində Siqnaxi və Laqodexi rayonlarının 4 kəndində daxili yolları və yaşayış evlərini su basıb.

 

Fövqəladə halların İdarə olunması Xidməti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə tədbirləri davam etdirir.

 

Gürcüstanda qeyri-sabit hava şəraitinin sabah da davam edəcəyi gözlənilir. Fövqəladə halların İdarə olunması Xidməti və digər aidiyyatı qurumlar xüsusi rejimə keçiblər.

 


Вернуться назад