Главная > Baş Xəbər > Almaniya XİN başçısı: "Trampın bizi qorxutmasına icazə verməyəcəyik"

Almaniya XİN başçısı: "Trampın bizi qorxutmasına icazə verməyəcəyik"


24-07-2018, 13:38.

            Almaniya XİN başçısı: "Trampın bizi qorxutmasına icazə verməyəcəyik"

 

Avropa ABŞ prezidenti Donald Trampa idxal rüsumları ilə ilə onları qorxutmağa icazə verməyəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu mövqeyi Almaniyanın xarici işlər naziri Hayko Maas "Twitter"də bildirib.

"Heç kim idxal rüsumlarında maraqlı ola bilməz, çünki sonda yalnız uduzanlar onlar olacaq. Avropa prezident Trampa onu qorxutmağa icazə verməyəcək. Bunu bir gün etsək, gələcəkdə belə münasibətlə daha çox qarşılaşacağıq", - o yazıb.

Xatırladaq ki, daha əvvəl Tramp Avropa İttifaqının Amerika şirkətlərinə qarşı ticarət maneələri aradan qaldırmayacağı təqdirdə ABŞ-ın Aİ ölkələrindən idxal olunan avtomobillərə 20% rüsum tətbiq edəcəyini söyləyib.

 


Вернуться назад