Главная > Araşdırma > Adnan Oktar mason olmaq üçün 1 milyon 50 min avro ödəyib - faktlar, sənədlər, etiraflar

Adnan Oktar mason olmaq üçün 1 milyon 50 min avro ödəyib - faktlar, sənədlər, etiraflar


26-07-2018, 11:40.

       Adnan Oktar mason olmaq üçün 1 milyon 50 min avro ödəyib- faktlar, sənədlər, etiraflar

 

AİDS testindən və yalan detektorundan keçən "kedicik”lər, Trampın dəvətinə qatılmaq üçün ödənilən 200 min dollar – Oktar qalmaqalı davam edir

Türkiyədə həbs olunan Adnan Oktar və onun dəstəsi ilə bağlı yeni şok detallar üzə çıxmaqda davam edir. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, cinayətkar qruplaşmanın tələsinə düşən gənc qızlardan qan nümunələri alınıb, AIDS Və hepatit testi keçiriləndən sonra Adnan Oktara təqdim edilirdi.

Adnan Oktar "kedicik”lərini yalan detektoruna oturdurmuş

"Mengele" kod adlı qaçaq həkim Muhammed Cihat Gündoğdunun evində bu məqsədlə istifadə edilən, son texnologiyalara sahib tibbi cihazlar ələ keçirilib. Gündoğdunun evi və xəstəxanadakı otağında yerləşən cihazlar da ələ keçirilib.

Həkim Cihat Gündoğdu eyni zamanda bu cinayətkar qruplaşmanın içində komplikasiya proqramlarına sahib olan yalan detektorundan da istifadə edib. Bu maşının özəl bir kompüter, barmaq ucuna taxılan nəbz ölçən və yeni texnoloji səs analizi edə bilən mikrofondan ibarət olduğu ortaya çıxıb. O, qrupun bəzi üzvləri üzərində təcrübələr keçib, ardınca isə "Bacılar" qrupundan bir-iki nəfərə bu cihazdan istifadəni öyrədib, kompüteri və ona aid hissələri onlara təslim edib.

Картинки по запросу Adnan Oktar mason

 

Onu həbsxanada iki nəfər ziyarət edib

Bu arada Adnan Oktarın türmə günləri ilə bağlı maraqlı detallar üzə çıxmağa davam edir. Silivridən Edirne F tipi türməyə köçürülən A.Oktarın ilk ziyarətçiləri də gəlib. Oktar onlarla ilk qapalı görüşünü keçirib.

Oktar ilk iki gün videokameralı müşahidə otağında türmənin psixo-sosial mütəxəssisləri tərəfindən müşahidə altında tutulandan sonra 3 nəfərlik bir hücrəyə göndərilib. Oktarın ilk ziyarətçiləri ginekoloq qardaşı Kənan Oktar və qardaşı qızı Qamze Oktar olub. Oktar ziyarətçiləri ilə şüşə qoruyucunun arxasından görüşüb. Görüşə türmə işçiləri də nəzarət edib və onların ümumi söhbətləri yarım saat davam edib.

Normal şərtlər altında Oktarın yaxınları ilə həftədə bir dəfə qapalı görüş, ayda bir dəfə də açıq görüş keçirmək haqqı var. Amma intizam cəzası alarsa, bu hüququ məhdudlaşa bilər.

Картинки по запросу Adnan Oktar mason

 

Trampın dəvətinə qatılmaq üçün 200 min dollar ödəyib

Bu mövzu ilə bağlı daha bir detal isə A.Oktarın necə mason olmasıdır. Türkiyə mediası yazır ki, cinayətkar qruplaşmanın lideri 1 milyon 50 min avro verərək, 33-cü dərəcədən mason olub.

İstintaq çərçivəsində ifadə verən C.Ö adlı təqsirləndirilən şəxs Oktarın həmin sənədi necə aldığını deyib:"Adnan Oktar 2012-ci ildə xaricdə daha böyük nüfuz əldə etmək üçün mason olmasının vacibliyini dedi və məndən bununla bağlı araşdırma aparmağımı istədi. Mən də dünyadakı ən güclü mason lojalarının Şotland Rit və P2 mason lojaları olduğunu öyrənib bildirdim. Ritə üzv olmaq üçün İngiltərədə yaşaması lazım idi. Ona görə də P2 Mason lojası ilə əlaqə qurmağımı istədi. Hər dəfə 350 min avro olmaqla, 3 dəfə pul verərək, 33-cü dərəcədən mason olmasına nail olduq. Bu vəsilə ilə 2014-cü ildə İtalya xarici işlər naziri Franco Frattini Türkiyəyə gələrək, A.Oktar ilə görüşdü. Bu loja Vaşinqton lojası ilə ortaq hərəkət etdiyi üçün Trampın prezidentiyə qəbul günündə də dəvət alındı. Adnan Oktarı təmsil etmək üzrə Oktar Babuna və yanındakı bir nəfər bu tədbirə qatıldı. Bu dəvətnamələri almaq üçün Adnan Oktar 200 min dollar pul ödədi”.


Oktarın tapançaları, mərmiləri və Tövratı

A.Oktarla bağlı həyata keçirilən əməliyyatlarda ələ keçirilən silahlar və cinayət ünsürəri İstanbul əmniyyət müdirliyində nümayiş etdirilib. Oktarın İstanbul-Çengelköydəki villasında ələ keçirilən əl yazması Tövrat isə İstanbul Muzeylər Müdirliyinə təslim edilib. Hazırlanacaq sənədin ardınca Tövrat müəyyən bir muzeydə nümayiş etdiriləcək. Ünvanlarda ələ keçirilən tabloların ekspertizası isə davam etdirilir.

Polis, 17-si sənədli, 5-i sənədsiz olmaqla toplam 23 tüfəng, 65-i sənədli, 5-i sənədsiz olmaqla 70 tapança, 7 polis ratsiyası, 17 min mərmi və 289 güllə sandıqçası ələ keçirilib. Cinayətkar qruplaşma qızıl əşya satışı ilə məşğul olan şirkətlərin adından istifadə edərək, bu silahları saxta sənədlərlə əldə edib.

İstanbul Baş Prokurorluğunun həyata keçirdiyi istintaq çərçivəsində Oktarın "cinayətə yol vermək məqsədilə qruplaşma qurmaq”, "uşaqların cinsi istismarı”, "məqsədli cinsi hücum”, "şantaj”, "mal varlığı dəyərlərini ölkə xaricinə çıxarmaq” və "”şiddət, təhdiddən istifadə edərək insanların azadlığını məhdudlaşdırmaq” kimi cinayətlərdən həbsinə qərar verilib. Əməliyyat çərçivəsində 187 nəfər göz altına alınıb, onlardan 168-i həbs olunub. Oktarın yaxın cangüdəni Cüneyt Özyaşarın da həbsi ilə bu say 169 olub. Bəzi qaçaq şübhəlilər isə hələ də axtarılır.

Sevinc
Musavat.com

 


Вернуться назад