Главная > Baş Xəbər > Transatlantik münasibətlər yalnız Buşların vaxtında belə bərbad vəziyyətdə olub

Transatlantik münasibətlər yalnız Buşların vaxtında belə bərbad vəziyyətdə olub


27-07-2018, 08:56.

              Transatlantik münasibətlər yalnız Buşların vaxtında belə bərbad vəziyyətdə olub

 

"Yeni araşdırmalar Qərb içindəki parçalanmanın daha dərin olduğunu və BMT-də demokratik dövlətlər arasında heç bir həmrəyliyin müşahidə edilmədiyini, xüsusilə iqtisadi məsələlərdə ziddiyətlərin olduqca yüksəldiyini ortaya qoyub”.

 

Musavat.com xəbər verir ki, Almaniyanın "Handelsblatt” qəzetində Martin Qriv tərəfindən yazılan məqalədə belə bir nəticə əks olunub. Müəllfin yazıdğına görə, ABŞ və Avropa arasındakı uçurum təkcə Trampın Qoca qitəyə səyahəti zamanı və onun yürütdüyü iqtisadi siyasətin gedişində meydana gəlməyib.

 

 

 

"Donald Trampın prezidentliyi dövründə Birləşmiş Millətlər Təşkilatı və onun Qərbdəki müttəfiqləri artıq daha çox məsələlərdə toqquşurlar”, - yazıda Almaniyanın "İqtisadi araşdırmalar institutu”nun hesabatından sitat gətirlir.

 

"İqtisadi sahədə mövqelər demək olar ki, üst-üstə düşmür”, - institutun eksperti Niklas Potrafke müəllifə bildirib.

 

"Bu vaxta qədər ABŞ və onun müttəfiqlərinin BMT-də müzakirə olunan hər bir məsələdə həmrəylik nümayiş etdirdiyi təsəvvürü var idi. Özü də Rusiya ilə münaqişə ocaqlarının sayı artdığı, Çinin isə dünya səhnəsində artıq daha qüdrətli mövqeyə sahib olduğu bir məqamda bu bağlılıq daha da möhkəmlənməli idi. Lakin Trampın gəlişi ilə tam əks proseslər baş verir. 2017-ci ilin yanvarından bu yana BMT-də 95 qətnamə layihəsi səsə qoyulub. Onlardan yalnız 56%-də ABŞ və "böyük yeddilik”ə daxil olan ölkələr arasında uzlaşma olub. Bu isə Trampa qədər olan dövrdən 10,3% azdır” - Niklas Potrafke deyib.

 

 

 

İqtisadi araşdırmalar institutundan bildirilən fikrə görə, burada əsas günah ABŞ-ın üzərinə düşür:"Məsələn, "böyük yeddilik”dəki dövlətlərin İsrail-Fələstin münaqişəsi üzrə siyasətləri dəyişmədyi halda Trampın gəlişi ilə ABŞ-ın siyasətində kəskin dönüş yaranıb. Bəhs olunan problemlə əlaqədar qəbul edilən qətnamələrin ABŞ tərəfindən dəstəklənmə faizləri 20,6%-dən 5,3%-ə düşüb”.

 

O ki qaldı iqtisadi məsələlərə, burada da yeni administrasiya ümumiyyələt "böyük yeddilik” dövlətlərinin qəbul etdiyi heç bir qərarı dəstəkləməyib.

 

 

 

Yazıda bu mənzərəyə yalnız ata və oğul Buşların dövründə rast gəlindiyi bildirilir. Lakin Trampın hələ ən azı 2 il də vəzifədə qalacağı güman olunsa, onun bu sahədə Buşları da keçəcəyi indidən görünür.

 

"Bütün bunlar isə ABŞ-ı dünyada daha çox tədric vəziyyətinə salır”, - ekspertlər narahatlıqla qeyd edirlər.

 

 


Вернуться назад