Главная > Mövqe > Türkiyədən ABŞ sanksiyasına daha bir reaksiya

Türkiyədən ABŞ sanksiyasına daha bir reaksiya


2-08-2018, 15:31.

             Türkiyədən ABŞ sanksiyasına daha bir reaksiya

 

Son hadisələr göstərir ki, böyük dövlət olmaq iqtisadi, hərbi və coğrafi böyüklük anlamı ilə uyğun gəlmir.

Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Türkiyə prezidentinin müavini Fuad Oktay paylaşıb.

"Böyük dövlət olmaq beynəlxalq hüquq çərçivəsində hərəkət etmək, imzalanan razılaşmalara bağlı olmaq, ədalətə sadiq qalmaq, xalqının maraqlarını kiçik qruplardan üstün tutmamaq deməkdir. Biz bayrağı, vətəni və milləti ilə böyük dövlətik”, – deyə o bildirib.

 


Вернуться назад