Главная > Baş Xəbər > Pol Manafortun məhkəməsi Trampı impiçmentə apara bilərmi?

Pol Manafortun məhkəməsi Trampı impiçmentə apara bilərmi?


2-08-2018, 16:40.

            Pol Manafortun məhkəməsi Trampı impiçmentə apara bilərmi?

 

"Xüsusi prokuror Robert Müllerin bu günlərdə məhkəməsi başlayan Pol Manafort üzərində qələbəsi Donald Trampın impiçmentinə doğru atılan addım ola bilər”.

Musavat.com xəbər verir ki, bu iddia Böyük Britaniyanın "The Independent” qəzetinin yazarı Kim Senquptanın məqaləsində yer aıb.

Donald Trampın seçki qərargahının keçmiş rəisi Pol Manafortu isə qarşıda 2 məhkəmə prosesi gözləyir.

Virciniya ştatının Aleksandriya şəhərində keçirilən məhkəmədə P.Manafort bank fırıldaqçılığında, vergidən yayınmada və bütün bunları törədərkən qaranlıq şəxs və təşkilatlarla əlbir olmaqda günahlandırılır.

İttiham aktında onun Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə göstərdiyi xidmətlər müqabilində aldığı milyonlarla dolları vergidən qaçırdığı, habelə kreditlər almaq üçün yalan məlumatlar verdiyi qeyd olunub.

İkinci prosesdə isə Pol Manafort xarici agent kimi iştirak edərək bunu federal orqanlardan gizlətməkdə təqsirləndirilir. Onun bu məsələdə suç ortağı isə Rusiya kəşfiyyatı ilə əlaqəsi olan Konstantin Kilimnikdir.

Картинки по запросу пол манафорт константин килимник

 

Lakin Manafortun Moskva ilə əlaqələri birinci prosesin də ana mövzularından biri olacaq. Burada ittiham tərəfini təmsil edən prokurorların Pol Manafortun Ukrayna oliqarxları və Kremlə yaxın siyasətçilərlə əlaqələri ortaya qoyacağı gözlənilir. Bu oliqarxlardan biri də Manafortun pul kələyi gəldiyi deyilən Oleq Deripaskadır.

"Prokuror Müllerin ittiham irəli sürdüyü 32 adamdan 31-i ya öz günahını boynuna alıb, ya da Rusiya tərəfindən ekstradisiyası mümkün olmayan vətəndaşlardır. Onlardan təkcə Manafort günahını etiraf etməyib”, - Senqupta yazır.

Müəllif bütün bu faktları sadaladıqdan sonra belə bir nəticəyə gəlir:

"Beləliklə, Pol Manafort üzərindəki məhkəmə Trampın Kremlin əlinin altında olması məsələsinə aydınlıq gətirə bilər. Əgər Müller məğlubiyyətə düçar olsa, Trampın komandası "Rusiya işi”ni bağlamaqla bağlı güclü imkan və fürsət əldə edəcək. Lakin xüsusi prokurorun qələbəsi prezidentin impiçmentinə doğru aparan addım olacaq”.

 


Вернуться назад