Главная > Mədəniyyət > “O səs Türkiyə”də Bəyaz sürprizi yaşanacaq

“O səs Türkiyə”də Bəyaz sürprizi yaşanacaq


3-08-2018, 17:48.

                 "O səs Türkiyə”də Bəyaz sürprizi yaşanacaq

 

Məşhur şoumen Bəyazit Öztürk "O səs Türkiyə”nin komandasına daxil olub.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni yayım dövrü haqqında danışan Acun Ilıcalı Bəyazla artıq danışıqlar apardığını deyib: "Bəyaz münsif ola biləcək bir şəxsdir. Bəyazın münsif, yoxsa aparıcı olacağına hələ qərar verilməyib. Onun hansı mövqedə olacağı gələcək günlərdə aydınlaşacaq. Mənim üçün əhəmiyyətli olan onun "O səs Türkiyə” ailəsində olmağıdır. Bəyaz Öztürk türk televiziyasında əhəmiyyətli şəxslərdən biridir. Bu il "O səs Türkiyə”nin fərqli olacağına inanıram və bu məni çox həvəsləndirir”.

Qeyd edək ki, Bəyaz Öztürk illərdir, "Kanal D”də "Beyaz show”nun aparıcılığını edirdi.

 


Вернуться назад