Главная > Baş Xəbər > Tramp 558 gündə 4 min yalan danışıb – ilginc statistika

Tramp 558 gündə 4 min yalan danışıb – ilginc statistika


4-08-2018, 12:27.

               Tramp 558 gündə 4 min yalan danışıb – ilginc statistika

 

Media ilə ABŞ lideri arasında soyuq müharibənin növbəti pərdəsi...

ABŞ prezidenti Donald Trampın Ağ Evə yerləşdiyi 558 gündən bu yana 4 min 299 dəfə yalan xəbər, ya da yalan məlumat verdiyi iddia edilib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, "The Washington Post” qəzeti prezidentlik kreslosuna oturmasından bu günə qədər Trampın danışıqları sırasında dediklərini və ya Twitter hesabından paylaşdığı məlumatları özlərinə aid olan "The Fact Checker”, yəni, doğrulama texnikası ilə qarşılaşdırıb. Trampın yalan iddialarında son iki ay içərisində 978 artış olduğuna diqqət çəkilib. Trampın bu müddətdə gündə orta hesabla 16 dəfə əsassız iddia irəli sürdüyü də qeyd edilib.

Prezidentliyinin ilk ilində 2 min 140 yalan məlumat yaymaqda ittiham edilən Trampın ən yüksək "yalan performansı” isə ötən iki ayda özünü göstərib. Xəbərə görə, 5 iyul tarixi onun ən çox yalan xəbər yaydığı gün olaraq qeydə alınıb. Trampın bəzi əsassız iddiaları dəfələrlə təkrarladığına diqqət çəkilən xəbərdə eyni zamanda vurğulanıb ki, prezidentin təkrar-təkrar irəi sürdüyü yalan iddiaların sayı isə 150-ni keçib. Xəbərdə eyni zamanda Trampın əsli olmayan iddialarının üçdə birinin iqtisadi və ticari məsələlərlə ticari anlaşmalar məsələsində olduğuna diqqət çəkilib. Bu rəqəm isə 432-yə yaxındır. Trampın ən əsassız paylaşımlarından birinin isə Meksikadakı köçlə bağlı olduğu irəli sürülüb.

Bununla parallel Tramp da ölkənin müxalif media orqanlarına qarşı qəzəbini davam etdirir. Müxalif median yalan xəbərlərdə ittiham edən Tramp son olaraq Pensilvaniyada təşkil edilən mitinqdə CNN və digər media orqanlarına hücum etdi. Medianı yalan və iyrənc xəbərlər yaymaqda suçlayan Tramp daha öncə də Twitter hesabından 'yalan xəbər mükafatlarını qazananları” elan etmişdi. Tramp yalan xəbər mükafatınin birincisinin Nyu York Tayms qəzetinin köşə yazarı, iqtisadçı Paul Krugman olduğunu elan etmişdi. Amerikalı liderin hədəfində yer alan digər xəbər quruluşları arasında isə ABC, CNN, NYT və "Wasinqton Post”un adları yer alır.

Sevinc, musavat.com

 


Вернуться назад