Главная > Baş Xəbər > Ukraynanın keçmiş müdafiə naziri Poroşenkonu siyasi qətllərdə ittiham etdi

Ukraynanın keçmiş müdafiə naziri Poroşenkonu siyasi qətllərdə ittiham etdi


4-08-2018, 17:30.

            Ukraynanın keçmiş müdafiə naziri Poroşenkonu siyasi qətllərdə ittiham etdi

 

Ukraynanın keçmiş müdafiə naziri Anatoli Qritsenko Poroşenko hakimiyyətini yerli fəalları öldürməkdə ittiham edib.

Rusiyanın lenta.ru saytı Qritsenkonun bu barədə "NewsOne” kanalında bəyanat verdiyini yazıb.

"Ukraynadakı vətəndaş fəallarına qarşı edilən hücumlar hakmiyyətin gücsüzlüyündən xəbər vermir. Əksinə, bütün bunların arxasında indiki iqtidarın özü dayanır. Poroşenko iqtidarı artıq çoxdan Yanukoviçin bandit rejimini arxada qoyub”, - Qritsenko söyləyib.

Keçmiş müdafiə naziri Ukraynada müxalifət, mətbuat və antikorrupsiya əleyhinə fəaliyyət göstərən şəxslərə qarşı təzyiqlərin heç Yanukoviç dövründə də olmadığını iddia edib.

Xəbərdə qeyd olunur ki, iyun ayında Ukraynanın milli jurnalistlər birliyi mətbuat işçilərinin fiziki təhlükəsizliyi ilə bağlı yeni monitorinq nəticələrini açlqıyıb. Buna görə bu ilin aprel ayından iyun ayına qədər Ukraynada media mənsublaırna 22 hücum həyata keçirilib. Bu ilin əvvəlindən bu yana isə jurnalistlərlə bağlı 45 insident qeydə alınıb. //musavat.com

 


Вернуться назад