Главная > Siyasət > Senatdan yeni qanun: Putinlə bağlı xüsusi bənd var

Senatdan yeni qanun: Putinlə bağlı xüsusi bənd var


4-08-2018, 19:20.

               Senatdan yeni qanun: Putinlə bağlı xüsusi bənd var

 

Rusiyaya qarşı ABŞ sanksiyalarının sərtləşdirilməsi qanun layihəsinə Rusiya Prezidenti Vladimir Putin haqqında da bənd daxil edilib.

Axar.az xəbər verir ki, qanun layihəsi qəbul ediləcəyi halda ABŞ Milli Kəşfiyyatı Vladimir Putinin maliyyə vəziyyəti, aktivləri haqqında məlumat toplamalı və 180 gün ərzində Konqresə təqdim etməli olacaq. Kəşfiyyat həmçinin Putinin qohumları, ona yaxın biznesmenlər və xarici siyasətçilər haqqında məlumat toplanılması da tapşırılacaq.

Sənədə adı daxil ediləcək şəxslərin siyahısı Putinə nə qədər yaxın olması əsasında tərtib ediləcək. Kəşfiyyatın hazırladığı sənəd məxfi olmayacaq, amma məxfi bəndlərə sahib olacaq.

 


Вернуться назад