Главная > Dünya > Hindistanda qranit mədəni partladı - 12 ölü

Hindistanda qranit mədəni partladı - 12 ölü


4-08-2018, 21:31.

              Hindistanda qranit mədəni partladı - 12 ölü

 

Hindistanın Andhra-Pradeş ştatında qranit mədənlərindən birində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 12 işçi həlak olub.

Yaralıların da olduğu deyilir. İlkin ehtimallara görə, mədəndə istifadə edilməli olan dinamitlər işçilər orada olarkən partladılıb.

Bundan başqa, hadisə yerində dizel mühərrikli avtomobil aşkar edilib. Bu avtomobil də partlayış səbəbi kimi nəzərdən keçirilir.

 


Вернуться назад