Главная > Region > Lənkəranda işıq böhranı - İcra başçısı da aciz qalıb...

Lənkəranda işıq böhranı - İcra başçısı da aciz qalıb...


8-08-2018, 11:39.

             Lənkəranda işıq böhranı -İcra başçısı da aciz qalıb...

 

ENERJİ TƏMİNATINI "SVETOMUZIKA” REJİMİNDƏN ÇIXARA BİLMİRLƏR

 

Lənkəranda elektrik enerjisinin verilişində tez-tez fasilələrin yaranması əhalinin ciddi narazılığına səbəb olub.

 

Sakinlərin BakuPost.az göndərdiyi şikayət məktubunda bildirilir ki, hətta icra başçısı da bu problemi çözə bilmir.

 

Şikayət məktubunu təqdim edirik:

 

"Şənbə və bazar günləri Lənkərana verilən elektrik enerjisindəki fasilələr indi həftənin bütün günlərində ənənə halını alıb. Külək əsmədən, yağış yağmadan, tufan qopmadan, bir sözlə hər hansı bir təbii fəlakət baş vermədən kəsilən bu elektrik enerjisinin səbəbini vətəndaşlar bilməsə də "Azərişıq” ASC-nin "Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəhbərliyi çox yaxşı bilir. Rayon sakinləri aylardır, Şəbəkəyə müraciət etsələr də yeni modul tipli transformatorların yağlanmasını əsas gətirən cavabdeh qurum açılmaları xətlərin yüklənməsi ilə əsas gətirir.Müasir və modul tipli avadanlıqların quraşdırılması ilə bağlı əlimizdə hər hansı bir dəlil olmadığından bu yenidənqurmaya da heç inanmağımız gəlmir. İllərdir, quraşdırdığınız bu yeni transformatorların bəyəm yağlanmasına ehtiyacmı var?Qızmar yay fəslini yaşayırıq. Bu il isti havaların normadan artıq oldu, xüsusilə Lənkəran şəhərinin sakinləri bundan daha çox əziyyət çəkdi. Çünki insanların sərinləşidirici vasitələrə güvəni puça çıxdı. Elektrik enerjisinin tez-tez açılması insanların istirahətini əlindən almaqla onlara külli miqdarda maddi və tibbi ziyanlar vurdu.Rayonda bütün xətlərə fasilələrlə verilən enerji vətəndaşların mənzillərində bir çox məişət avadanlıqlarını sıradan çıxardı. Ötən illərdə rayonun icra başçısı Taleh Qaraşov Lənkəran Elektrik Şəbəkəsinin eks-rəhbəri Şaiq Qəribova iclasların birində rayonun elektrik enerjisi təminatında qeydə alınan nöqsanlara görə ciddi töhmət vuraraq, zalda iştirakçılar qarşısında əhalinin haqlı narazılığını dilə gətirmişdi. İcra başçısı vətəndaşlara dəyən ziyanı qabardaraq rayonda enerji açılmalarından ötrü sonuncu xəbərdarlığını etmişdi.Yazının dərc olunmasına çalışan vətəndaşların indi yeganə istəyi Qurumun rəhbərliyi tərəfindən Lənkəranın enerji təsərrüfatında günü-gündən irəliləmək əvəzinə geriləmənin araşdırılmasıdır. Axı hər gün gözəlləşən Cənub mirvarisinə "svetamuzika” rejimi yaraşmır”.

 

Məsələ ilə bağlı BakuPost.az-ın əməkdaşı "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. O, məsələdən xəbərdar olduğunu və problemin həlli istiqamətində işlər aparıldığını bildirib:


 

 

 

"Son bir ayda Lənkəran şəhərində yeni istifadəyə verilən 110-kv-luq yarımstansiyaya hava xətlərinin çəkilib naqillərin qoşulması işləri aparılır. Ona görə elektrik verilməsinsə qısa fasilələr olur. Yaxın zamanda bu işlər yekunlaşacaq. Şəhərin elektrik enerjisi ilə fasiləsiz təmin olunması üçün və yüklənmənin azaldılması üçün bu vacibdir. Ümumiyyətlə, cənub bölgəsi- Lənkəranda, Masallıda, Yardımlıda 110 və 35 kv-luq yeni yarımstansiyalar quraşdırılmaqdadır. Şəhər böyüyür, əhali çoxalır, köhnə stansiyalara yüklənmə çoxdur və yarımstansiyalar bu yükə tab gətirmir. "Azərenerji” də fasiləsiz enerji təminatı üçün yeni yarımstansiyalar açıb, qoşulma işlərini davam etdirir. Bu işlərlə əlaqədar enerjidə fasilələr müvəqqətidir. İnsanlar təbii ki, narahat olur, buna görə üzr istəyirik. Amma gərək insanlar da bizi nəzərə alsınlar. Qarşıdan gələn qış aylarında şəhərin fasiləsiz enerji ilə təminatı üçün əlimizdən gələni edirik”.

 

Qeyd edək ki, cənub rayonlarında elektrik kəsilmələri ilə bağlı dəfələrlə ciddi problemlər yaşanıb. Hətta ötən il Lənkəranda sakinlərlə "Azərenerji” əməkdaşları arasında dava düşmüşdü. Əhali etiraz olaraq "Azərenerji”yə məxsus avtomobili yandırmışdı.

 

Aygün, BakuPost

 


Вернуться назад