Главная > GÜNDƏM > Ermənistan baş prokurorluğu Köçəryanı zaminə buraxmaqdan imtina etdi

Ermənistan baş prokurorluğu Köçəryanı zaminə buraxmaqdan imtina etdi


8-08-2018, 13:27.

         Ermənistan baş prokurorluğu Köçəryanı zaminə buraxmaqdan imtina etdi

 

Ermənistan baş prokurorluğu keçmiş prezident Robert Köçəryanın zaminə buraxılması ilə bağlı parlamentin 40-dan çox deputatının imzaladığı müraciətə cavab verib.

Musavat.com "RiaNovosti" agentliyinə istinadən xəbər verir ki, Baş prokurorluğun ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Arevik Xaçatryan həmin müraciətə baxıldıqdan sonra rədd cavabının verildiyini açıqlayıb.

"Köçəryanla bağlı həbs qətimkan tədbirinin dəyişdiriməsi barədə verilən vəsatət təmin olunmayıb. Təhqiqat davam etdiyi müddətdə Robert Köçəryanın istintaq təcridxanasında saxlanılması üçün ciddi əsaslar var. Başqa cür araşdırmanın ardıcıl və maneəsiz gedişini təmin etmək mümkün deyil”, - Arevik Xaçatryan qeyd edib.

Xatırladaq ki, Köçəryan 2008-ci ilin martın 1-də Serj Sərkisyanın saxta yolla prezident seçilməsinə etiraz etmək üçün təşkil olunan nümayişləri qeyri-qanui olaraq amansız şəkildə yatırmaqda (həmin hadisələrdə azı 8 nəfər ölüb) və bununla ölkənin konstitusiya quruluşunu zorla dəyişdirməkdə ittiham olunur.

Qeyd edək ki, bu iş çərçivəsində Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutunyan və o dövrdə İrəvan qarnizonunun rəisi olmuş Yuri Xaçaturova qarşı da ittiham irəli sürülüb.

Y.Xaçaturov KTMT baş katibi olması səbəbindən həbs olunmaqdan güclə canını qurtara bilib.//musavat.com

 


Вернуться назад