Главная > Mövqe > “Bakı razı olsa…” – İşğalçı ölkənin baş naziri təkid edir

“Bakı razı olsa…” – İşğalçı ölkənin baş naziri təkid edir


8-08-2018, 11:53.

             "Bakı razı olsa…” –İşğalçı ölkənin baş naziri təkid edir

 

Rəsmi Bakı razı olarsa, Qarabağ tərəf kimi danışıqlar masası arxasına otura bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

İşğalçı ölkənin başçısı bununla bağlı absurd mövqeyindən geri çəkilmək niyyətində olmadığını da dilə gətirib:

"Ermənistan Qarabağın təhlükəsizliyinin təminatıdır və danışıqlar da bu istiqamətdə getməlidir. Buna görə də, Qarabağın danışıqlar prosesinə qoşulması vacibdir, çünki bu tərəfin müzakirə masasında olmaması həll prosesinə mane olur.

Əgər Bakı razılaşarsa, o zaman Dağlıq Qarabağın danışıqlar masasına qaytarılması maraqlı olmalıdır”.

Qeyd edək ki, rəsmi Bakı dəfələrlə İrəvanın bu təklifini qəbul etməyərək, bunun Azərbaycanın ərazi bütövlüyünə qarşı olduğunu bəyan edib.



Вернуться назад