Главная > Region > Beyləqan sahibkarları Xasay Əhmədovun oğlundan şikayət edir

Beyləqan sahibkarları Xasay Əhmədovun oğlundan şikayət edir


8-08-2018, 15:04.

              Beyləqan sahibkarları Xasay Əhmədovun oğlundan şikayət edir

 

Beyləqan rayonunda fəaliyyət göstərən Kolxoz bazarında acınacaqlı vəziyyət yaranıb.

 

Rayondan MilliYol.Az-a daxil olan məlumata görə, Kolxoz bazarının sahibi, rayonun keçmiş icra başçısı Xasay Əhmədovun oğlu Xaqani Əhmədov sahibkarlardan aldığı aylıq haqqı artırıb. Xaqani Əhmədov bildirib ki, rayonun icra başçısı Vaqif Abdullayev ondan aldığı aylığı qaldırıb və məcburiyyət qarşısında qalaraq belə bir addım atıb.

 

Sahibkarların verdiyi məlumatda qeyd olunur ki, Kolxoz bazarını Vaqif Abdullayevlə Xaqani Əhmədov şərikli işlədir. İcra başçısının himayəsinə sığınan Xaqani Əhmədov hər ay sahibkarlardan yığdığı on minlərlə puldan çox cüzi məbləğdə vergi ödəyir. İddia olunur ki, oa külli miqdarda vəsaiti vergidən yayındırmaqda kömək edən məmurlardan biri 8 saylı Ərazi Vergilər İdarəsinin müdiri Elçin Kazımovdur.

 

Məlumatda vurğulanır ki, Beyləqan Kolxoz bazarının rəhbəri Xaqani Əhmədovun qanunsuz haqq qaldırılmasına görə çoxlu sayda kiçik sahibkar prezident İlham Əliyevə müraciət edəcək.

 

Yazıda dıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 


Вернуться назад