Главная > Ədəbiyyat > Məhəmməd Füzuli - "Söz" qəzəli

Məhəmməd Füzuli - "Söz" qəzəli


8-08-2018, 16:18.

                     Məhəmməd Füzuli - "Söz" qəzəli

Xəlqə ağızın sirrini hər dəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.


Artıran söz qədrini sidqilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.


Bir nigari-ənbərinxətdir könüllər almağa,
Göstərər hər dəm niqabi-qeybdən rüxsar söz.

Xazini-gəncineyi-əsrardır, hər dəm çəkər
Rişteyi-izharə min-min gövhəri-əsrar söz.


Olmayan qəvvasi-bəhri-mə’rifət arif degil
Kim, sədəf tərkibi-təndir, lö’löi-şəhvar-söz.

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.


Вернуться назад