Главная > Siyasət > Tramp: "Pxenyan Sinqapurda əldə edilən razılaşmaya sadiqdir"

Tramp: "Pxenyan Sinqapurda əldə edilən razılaşmaya sadiqdir"


8-08-2018, 20:30.

            Tramp: "Pxenyan Sinqapurda əldə edilən razılaşmaya sadiqdir"

 

ABŞ prezidenti Donald Tramp ölkə iqtisadiyyatının növbəti rüb üzrə artımının 5 faizdən çox olacağı haqqında iddialı proqnoz verib.

Nyu Cersi ştatının Bednister şəhərində çərşənbə axşamı biznes liderlərlə görüşən Tramp iqtisadiyyatla bağlı pozitiv fikirləri ilə bərabər, Şimali Koreyanın nüvəsizləşdirmə addımları haqqında danışanda müdafiə mövqeyindən çıxış edib.

Tramp deyib ki, Pxenyan Şimali Koreya lideri Kim Conq Un ilə iyun ayında Sinqapurda əldə edilən razılaşına sadiq qaldığını nümayiş etdirib.

Bu fikir milli təhlükəsizlik müşavifi Con Boltonun bir neçə saat öncə dediklərindən kəskin fərqlənir. Bolton bildirib ki, Şimali Koreya nüvəsizləşdirmə üçün lazım olan addımları atmayıb.

 

 


Вернуться назад