Главная > GÜNDƏM > Vaşinqton-Ankara dialoqu başladı

Vaşinqton-Ankara dialoqu başladı


8-08-2018, 19:43.

              Vaşinqton-Ankara dialoqu başladı

 

ABŞ-la Türkiyə arasında yaranmış problemləri müzakirə etmək üçün Vaşinqtona yola düşən 9 nəfərlik Türkiyə nümayəndə heyəti bu gün Ağ Evdə danışıqlara başlayıb.

Avropa.info xəbər verir ki, Türkiyə nümayəndə heyəti ədliyyə, maliyyə-xəzinə və xarici işlər nazirliklərinin rəsmilərindən formalaşıb.

Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edir.

Türkiyə nümayəndə heyəti artıq ABŞ-da nazir müavini Con Sullivanla görüşüb.

Türkiyə nümayəndə heyəti Vaşinqtona yola düşən ərəfədə ABŞ-ın Ankaradakı səfirliyinin önəmli bir açıqlaması olub. Açıqlamada bildirilib ki, mövcud gərginliyə baxmayaraq, Türkiyə ABŞ-ın səmimi dostudur və bundan sonra da müttəfiq olmaqda maraqlıdır.

Açıqlamada həmçinin ABŞ-la Türkiyə arasında ciddi iqtisadi əlaqələrin mövcudluğu qeyd edilib.

 


Вернуться назад