Главная > Cəmiyyət > Aprel şəhidinə kitab həsr edildi: "Eşqin şəhidi"

Aprel şəhidinə kitab həsr edildi: "Eşqin şəhidi"


8-08-2018, 16:30.

             Aprel şəhidinə kitab həsr edildi: "Eşqin şəhidi"

İlahiyyatçı-yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural İrfanın müəllifi olduğu "Eşqin şəhidi" adlı sənədli-bədii roman avqust ayının 11-dən oxucuların ixtiyarına veriləcək.


Xatırladaq ki, bu kitab Azərbaycan tarixinə böyük iz qoyan Aprel Qəhrəmanlarına, xüsusən, şəhid gizir Elimdar Səfərova həsr olunub.

Təqdimatda din xadimləri, ziyalılar, mətbuat nümayəndələri, eləcə də Elmidar Səfərovun ailə üzvləri, yaxınları və şəhidin döyüş yoldaşları iştirak edəcək.

iştirak edəcək.

Tədbir 11 avqust saat 17:00 Azərkitab – Kitab Təbliğatı Mərkəzində baş tutacaq.

Maraqlananlar iştirak edə bilərlər.

Giriş sərbəstdir

Əlaqə :050-366-76-88


Вернуться назад