Главная > Səhiyyə > Nevroz nədir, əlamətləri və müalicəsi necə aparılır?

Nevroz nədir, əlamətləri və müalicəsi necə aparılır?


8-08-2018, 16:47.

                  Nevroz nədir, əlamətləri və müalicəsi necə aparılır?

 

 

Nevroz nədir?

Nevroz orqanizmdə heç bir orqanik patologiya olmadan meydana çıxan bir pozuntudur. Əslində müasir tibbdə nevroz yox, daha çox nevrotik pozuntular, həyəcan pozuntuları, təşviş pozuntuları kimi sözlər işlədilməkdədir. Maraqlısı odur ki, nevrotik pozuntulardan əziyyət çəkən pasiyentlerin çox vaxt laborator, instrumental və radioloji müayinələrində heç bir dəyişiklik aşkar olunmur.

Nevrozun yaranma səbəbləri nələrdir?

Nevroz psixoloji, sosial, genetik ve bioloji səbəblərdən meydana çıxa bilər.

Psixoloji səbəb kimi pasiyentin uşaqlıq dövrünü normal yaşaya bilməməsi, ailədə münaqişələr və s. göstərmək olar.

Sosial səbəblərə isə maddi durumun yaxşı olmamasını, işsizlik və s. aid edilə bilər.

Bir çox xəstəliklərdə olduğu kimi nevrozda da genetik faktorlar özünü büruzə verməkdədir.

Nevrozun yaranmasında ən başlıca səbəb isə bioloji səbəbdir, yəni beyində serotonin maddəsinin (xoşbəxtlik hormonunun) səviyyəsinin aşağı düşməsidir.

Nevrozun hansı formaları var?

Bu patalogiyanın bir çox növləri vardır. Buraya aiddir:

Həyəcan nevrozu;

Obsessiv-kompulsiv nevroz;

Somatik nevroz;

Fobiyalar;

Postravmatik stress pozuntusu və s.

 

Nevrozun simptomları aşağıdakılardır:

Həyəcan;

Ürək döyüntülərinin sayının artması;

Kefsizlik;

Ruh düşkünlüyü;

Bəd xəbər eşitmə qorxusu;

Yorğunluq;

Yuxu və iştaha pozulmaları;

Bədənin müxtəlif nahiyələrində ağrılar;

Xəstəlik qorxusu;

Ölüm qorxusu;

Beyindən çıxmayan fikirlər ve hərəkətlər;

Patoloji səliqəlilik və s .

Xəstəliyin diaqnostikası necə aparılır?

Nevroz diaqnozunu qoymaq üçün pasiyentdən ətraflı anamnez toplamaq çox vaxt yetərli olur. Lakin bəzən qanda müəyyən parametrləri də yoxlamağa ehtiyac duyuruq.

Nevrozun müalicəsi

Nevrozların müalicəsi ən son protokollara uyğun olaraq pasiyentin yaşı, yanaşı xəstəlikləri, çəkisi və s. nəzərə alınaraq fərdi qaydada aparılır. Effektiv müalicə aparmaq üçün ilk növbədə xəstəliyin yaranma səbəbini müəyyənləşdirmək lazımdır.Nevroza səbəb psixoloji gərginlik, özünəqapanma, təşvişli hiss-həyəcan olarsa, bu zaman müalicənin mütləq komponenti psixoterapiyadır. Həmçinin, sakitləşdirici texnikaların tətbiqi də müsbət təsir göstərir.

Nevrozla yaşamağa məhkum deyilsiniz, bunu həyat tərzinə çevirməyin. Vaxtında həkimə müraciət etsəniz, düzgün müalicə ilə bu problemlərdən tamamilə qurtulacaqsınız.

 


Вернуться назад