Главная > Dünya > Türkiyədə azərbaycanlı deputatlığa namizədə hücum edildi

Türkiyədə azərbaycanlı deputatlığa namizədə hücum edildi


1-11-2015, 18:52.
Türkiyədə azərbaycanlı deputatlığa namizədə hücum edildi
 
Türkiyənin İğdır vilayətində səsvermə başa çatdıqdan sonra AKP-nin namizədi, əslən azərbaycanlı olan Nurəddin Aras hücuma məruz qalıb. 

APA TV-nin məlumatına görə, naməlum şəxslər Qarakuyu kəndində namizədin maşınına hücum ediblər. Sabiq bələdiyyə sədri xəsarət alıb, hadisə yerinə dərhal polis qüvvələri cəlb olunub. Hücumun kim tərəfindən edildiyi araşdırılır. Nurəddin Arasın hücuma məruz qalması İğdırda gərginliyə səbəb olub, hücum görüntülərini və xəsarət alan namizədin fotolarını paylaşan iğdırlılar günahkarların dərhal tapılaraq cəzalandırılmasını tələb ediblər. 




Вернуться назад